Directory Plazza

İstifadəçi adı


Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov

Bəstəkar, musiqişünas, publisist, ictimail xadim, 1885-ci il 18 sentyabrda Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində anadan olmuşdur. 1897-ci ildə Şuşada Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M. Füzulinin "Leyli və Məcnun" poeması əsasında göstərilmiş "Məcnun Leylinin məzarı üstundə" adlı musiqili səhnəcikdə xor dəstəsində iştirak etmişdir.

1899-da Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirmişdir və elə bu il Qori müəllimlər seminariyasına qəbul olunmuşdur.  1904-cü ildə seminariyanı bitirib, ibtidai məktəb müəllimi diplomu almış, 1904-05-ci illərdə Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir.

1905-ci ildə bəstəkar Bakı şəhərinə köçür, ədəbi-publisistik fəaliyyətə başlayaraq "Həyat" qəzetində tərcüməçi işləyir. Həmin zamandan nəşr edilməyə başlayan "İrşad" qəzetinin əməkdaşı olur. 1905-07-ci illərdə Bakı şəhəri yaxınlığındakı Bibiheybət kənd məktəbində ana dili, rus dili, riyaziyyat, çoğrafiya və musiqi müəllimi olmuşdur. 1907-də "Leyli və Məcnun" operası üzərində işə başlamışdır. Elə bu il Üzeyir bəyin tərtib etdiyi "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti" Orucov qardaşlarının mətbəəsində çapdan çıxmışdır. "Hesab məsələləri" kitabını da bu zaman yazmışdır. 

1908-ci ilin 12 yanvarında professional Azərbaycan musiqisinin əsasını qoymuş "Leyli və Məcnun" operasının ilk tamaşası olmuşdur.

Üzeyir bəy "İrşad" qəzeti redaksiyasında jurnalistlik fəaliyyətini davam etdirir, "Səadət" müsəlman xeyriyyə cəmiyyətinin açdığı eyniadlı məktəbdə rus dili, hesab və təbiiyyat fənlərindən dərs deyir, "Tərəqqi" qəzeti ilə əməkdaşlıq edir. 1909 il iyunun 28-də Əhməd bəy Ağaoğlu xaricə getdikdən sonra həmin ilin oktyabrınadək (qəzet çar hökuməti tərəfindən bağlananadək) Hacıbəyov qəzetin redaktoru olmuşdur.

1909-cu ilin 30 noyabrında, Bakıda "Şeyx Sənan" operasının ilk tamaşası olmuşdur. Bu ilin 20 dekabrında Hacıbəyov Məleykə xanım Terequlova ilə evlənmişdir. Elə bu zamanlarda Bakıda çıxan "Həqiqət" qəzetinin naşiri və baş redaktoru olmuş, 121 sayınadək qəzetə rəhbərlik etmişdir.

1910-cu ilin 24 mayında, Bakıda "Ər və arvad" musiqili komediyasının, 12 noyabrında isə "Rüstəm və Söhrab" operasının ilk tamaşası olmuşdur.

1911-ci ilin 25 aprelində Bakıda "O olmasın, bu olsun" musiqili komediyasının ilk tamaşası olmuşdur.

1912-ci ilin 10 martında Bakıda "Şah Abbas və Xurşid Banu" operasının, 18 mayında isə "Əsli və Kərəm" operasının ilk tamaşası olmuşdur. Bu ilin sentyabrında bəstəkar musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar "İqbal" qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyov  Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır. 

1913-cü ilin avqustunda Hacıbəyov Peterburq şəhərinə gedərək, Peterburq konservatoriyasına daxil olmağa hazırlaşmışdır, bu zamanlar bəstəkar "Arşın mal alan" musiqili komediyası üzərində işləyir. 1913-cü il, 25 oktyabrında, Bakıda "Arşın mal alan" musiqili komediyasının ilk tamaşası olmuşdur.  Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.

1914-cü ilin 4 yanvarında Hacıbəyov Peterburq konservatoriyasına qəbul olunmuşdur. Lakin iyunda təhsilini yarımçıq qoyub, Bakıya qayıtmalı olmuşdur, bu dövrdə bəstəkar "Harun və Leyla" operası üzərində işləyir. 

1918-ci ildə Hacıbəyov Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərinə rəhbərlik etmiş, bu ilin oktyabr ayından Bakıda "Azərbaycan" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. 1919-cu ildə Hacıbəyov "Azərbaycan" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş və 1920-cu il aprelin 28-dək bu vəzifədə çalışmışdır. 

1920-ci ildə Hacıbəyov musiqi akademiyası və xalq konservatoriyası açmağın və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında xalq maarif komissarına məruzə təqdim etmişdir, Qadınlar klubu (sonralar Ə. Bayramov ad. klub) nəzdində xalq çalğı alətləri orkestrini təşkil etmişdir. 1921-ci ildə Xalq Maarif Komissarlığı incəsənət şöbəsində musiqi bölməsinin mudiri vəzifəsinə təyin olunmuşdur, Azərbaycan Dövlət Konservatoriyasını yenidən qurmaq barədə xalq maarif komissarına məruzə təqdim etmişdir. Həmin məruzə Konservatoriyanın yaradılması üçün proqram kimi təsdiq edilmişdir.  1922-24-ci illərdə özünün təşəbbüsü ilə təsis olunmuş Azərbaycn Dövlət Türk Musiqi Məktəbinə rəhbərlik etmiş, 1926-cı ildə bu Texnikumu ADK ilə birləşdirilmişdir. 1928-ci ildə Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunmuş və 1929-cu ilədək bu vəzifədə çalışmışdır.

1932-36-cı illərdə bəstəkar "Koroğlu" operası üzərində işləyir, 1935-də "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülür.

1937-ci ilin 30 aprelində Bakıda "Koroğlu" operasının ilk tamaşası olmuşdur. Hacıbəyov "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülmüş, bu ilin dekabrında birinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir. 1938-ci ildə bəstəkar Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak etmiş, "SSRİ xalq artisti" fəxri adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuş, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilmişdir. 1939-da yenidən Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin edilmişdir.

1940-ci ildə P. İ. Çaykovski ad. Moskva Dövlət Konservatoriyasında "Azərbaycan xalq musiqisinin əsasları" mövzusunda məruzə etmişdir, professor adı almışdır. 1941-ci ildə Hacıbəyov "Koroğlu" operasına görə Stalin mükafatına layiq görülmüşdür. 1944-cü ildə SSRİ EA-nın Azərbaycan filialının incəsənət bölməsinin rəhbəri təyin olunmuşdur. Bu ilin dekabrında  Azərbaycan Dövlət Simfonik Orkestrinə Hacıbəyovun adı verilmişdir. 

1945-də bəstəkarın "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası nəşr olunmuş, Hacıbəyov Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir.  1946-da "Arşın mal alan" kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür.

1948-ci ilin 23 noyabrında Üzeyir bəy Hacıbəyov vəfat etmişdir.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.


Kategoriya : Musiqi
Reytinq : 0
Baxis : 239
Rating and Review
Powered by Sigsiu.NET

Hazırda saytda 2600 adam haqqında məlumat var

 

DJ Fateh

 

Mirzə Babayev

DJ Fateh
 

 

Məmmədəli Nazim oğlu Məmmədov (DJ Fateh) 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə paytaxtın 42 saylı orta məktəbinə gedib. 2000-ci ildə məktəbi əla qiymətlərlə bitirən M.Məmmədov, Azərbaycan Dövlət Neft Akademiyasına yüksək nəticə ilə daxil olub.

Mirzə Babayev

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü ilin iyulun 16-da Maştağada anadan olmuşdur. O, 1935-1940-cı illərdə Bakı Sənaye İnistitunun memarlıq şöbəsində təhsil almışdır.Musiqiyə olan böyük marağıonu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxartmışdır.

 

Qoşqar Səlimli

 

Nodar Şaşıqoğlu

Qoşqar Səlimli
 

Qoşqar Səlimli - İlahiyyat elmləri namizədi, BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi1975-ci ilmayın 18-də Balakən şəhərində anadan olmuşdur.1982-1992-ci illərdə orta məktəbdə təhsil almışdır.1992-1997-ci illərdəBDU-nun İlahiyyat fakültəsində təhsil almışdır.

Nodar Şaşıqoğlu
 
Nodar Şaşıqoğlu 12 aprel 2013-cü ildə uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdi. 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. "Nikbin faciə" tamaşasında Aleksey (V.Vişnevski), "Sevilya ulduzu"nda Sanço Ortis (Lope de Veqa), "Mariya 
 

Sina Bərköz

 

Əbdürrəhman Düdənginski

Kökcə Azərbaycana bağlı dünya şöhrətli memar Prof. Dr. Sina Bərköz, Şəkidə doğulmuş, 1905-də ailəsiylə birgə Türkiyəyə mühacirət etmiş və sonralar Türkiyə Jandarmasının Baş Komutanı olmuş general-polkovnik Mehmet Nuri Bərköz’ün (1889-1975) oğlu, T.C. Üçüncü Ordusunun komandanı... Əbdürrəhman Əli oğlu Fətəlibəyli (Abo Düdənginski) 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. Tiflisdəki hərbi- piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib.
 

Telman İsmayılov

 

Əzim Əzimzadə

Telman İsmayılov
 

 

İsmayılov Telman Mərdan oğlu 1956-cı il oktyabrın 26-da Göyçay rayonunda anadan olub. Milliyyətcə yəhudidir. 1989-cu ildən AST (Alik (Ələkbər), Sərxan və Telman) şirkətlər qrupunun prezidentidir. Moskvadakı Çerkizovo, Varşavski bazarlarının,

 

Əzim Aslan oğlu Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Azərbaycanın xalq rəssamı olan Əzim Əzimzadə xüsusi rəssamlıq təhsili almamışdır.
 

Elşən Mustafaoğlu

 

Murad Şirəliev

Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub.

İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.

Şirəliyev Murad Oqtay oğlu İdarə Heyəti sədrinin müavini, Səhiyyə Naziri Oqtay Şirəliyevin oğlu1978-ci il 2 mart tarixində Bakı şəhərində anadan olmuşdur.1994-1998-ci illər ərzində Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil almış, 2000-ci ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin.....
 

Vahid Ələkbərov

 

Sevda Güləhmədova

Vahid Yusif oğlu Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda neftçi ailəsində doğulub. Əslən Cənubi Azərbaycandan olan atası Yusif Kərbəla, oğlunu 3 yaşında itirib.
V.Ələkbərov əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda....
Sevda Güləhmədova
 
Sevda Güləhmədova 21 sentyabr 1979-cu ildə Bakıda anadan olub.
2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu fakultəsini bitirib. Aparıcılıq fəaliyyətinə 2001-ci ilin may ayında ANTENN FM Radiosunda başlayıb. 22 aprel 2002-ci ildən ANS ÇM Radiosunda DJ işləyib. 
   

 

Joomla Templates and Joomla Extensions by ZooTemplate.Com

Şəkildəki adam kimdir?
 
Bəner
 

Keçidlər

  • Türkiyə

Bioqrafiya bankası - www.biyografi.net

  • Azərbaycan

Mədəniyyət portalı - www.kult.az
İnternet TV  - www.onlinetv.az
Tələbə portalı - www.telebe.az

Abunə ol

Bioqrafiyalara abunə ol
Seçin..
Adınız
Mail{emailcloak=off}