Directory Plazza

İstifadəçi adı


Firudin Qurbansoy

Firudin Qurbansoy

Qurbansoy Firudin Əliağa oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1985-ci ildən filologiya elmləri namizədi.

1954-cü il, fevralın 10-da Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur. Burada 1971-ci ildə161 saylı orta məktəbini, 1972-ci ildə isə 8 saylı texniki peşə məktəbini bitirmişdir.

1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Quba rayonunda müəllimliklə başlamışdır.

1978-1979-cu illərdə ordu sıralarında hərbi xidmətini yerinə yetirmişdir.

1980-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

1985-cu ildə “Məhəmməd Füzulinin şer sənətində poetik obraz və bədii ifadə vasitələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır.

İlk qələm təcrübəsi 1968-ci ildə “Kirpi” jurnalında çıxmışdır. Təmsil və satirik hekayələri “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Cümhuriyyət”, “Tək səbir” və s. qəzetlərdə, “Kirpi”, “Müxbir” jurnallarında, “Yaşıl yarpaqlar” ədəbi toplusunda vaxtaşırı şap olunmuşdur. Təncim (astrologiya) elmi öngörümlərini “Bizim əsr”, “Üç nöqtə”, “168 saat” və “Millətin səsi” qəzetlərində dərc etdirir.

1980-ci il “Xətai” pyesi Naxçıvan Dövlət Musiqili Dram Teatrında, 1991-ci il “Canım Qırat, gözüm Dürat” mənzum pyesi Azərbaycan Dövlət Kukla Teatrında və 1999-cu ildə “Dədə Qorqud sorağında” kollaj pyesi “Haray” Teatrında tamaşaya qoyulmuşdur.

1984-cü ildə “Şərəf və iqbal” pyesi Azərbaycan Dövlət Radiosunda səsləndirilmişdir.

Bədii yaradıcılıqla yanaşı, elmi tədqiqat axtarışlarını müdafiəyə təqdim etmiş, bir sıra elmi məqalələri çap olunmuşdur.

Mənbə: XX Azərbaycan yazıçıları


Kategoriya : Elm
Reytinq : 0
Baxis : 413
Rating and Review
Powered by Sigsiu.NET
Joomla Templates and Joomla Extensions by ZooTemplate.Com

Şəkildəki adam kimdir?
 
Bəner
 

Keçidlər

  • Türkiyə

Bioqrafiya bankası - www.biyografi.net

  • Azərbaycan

Mədəniyyət portalı - www.kult.az
İnternet TV  - www.onlinetv.az
Tələbə portalı - www.telebe.az

Abunə ol

Bioqrafiyalara abunə ol
Seçin..
Adınız
Mail{emailcloak=off}