Directory Plazza

İstifadəçi adı


İlham Rəhimov

İlham Rəhimov

“Rissko” ASC-nin baş direktoru, Azərbaycan Hüquqşünaslar İttifaqının sabiq sədri, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini, Ümumrusiya Azərbaycan Konqressinin Mərkəzi Şurasının üzvüdür.

14 yanvar 1951-ci ildə Azərbaycanda anadan olub, azərbaycanlıdır (başqa versiyaya görə, tat).1970-ci ildə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin (LDU) hüquq fakultəsinə qəbul olunub, 1975-ci ildə universiteti qurtarıb.

Hüquq elmləri doktorudur (1988, “Azadlıqdan məhrumetmənin effektivliyi və onun artırılması yolları” dissertasiyası).Vladimir Putinin dostudur (… İkinci kursun sonlarında Putin avtomobillə təmin edildi. Fakultədə belə bir şaiyə yayılanda əvvəlcə heç kim inanmadı: hamı bilirdi ki, Volodyagilin ailədə qəpiyə güllə atırlar.Avtomobilin uduş olmadığını yalnız onun ən yaxın dostları – Kolya Yeqorov, Vitya Xramov (səhv gedə bilər: Xramov yox, Xmarin) və İlqar Rəhimov bilirdilər.Onlar müəmmalı şəkildə gülümsəyirdilər və Putinin maşını ilə bağlı hamı ilə pivədən mərc edirdilər. Bütöv bir qutu yığmışdılar! Maşını elə onunla “yudular”.Maşın Putinə valideynlərinin hədiyyəsi idi, onlar “Zaporojes”i lotereyada udmuşdular… (Putinin cüdo üzrə məşqçisi Anatoli Raxlinin “Jizn” qəzetinə müsahibəsi, 04.04.2001).20.07.1996-cı ildən 15 noyabr 1999-cu ilədək-Bakıda Ali Diplomatiya Kollecinin prorektoru.16 noyabr 1999-cu ildən “Lukoil-Azərbaycan” Neft Şirkətinin hüquq şöbəsinin rəisi.

2001-ci ilədək - Azərbaycan Hüquqşünaslar İttifaqının sədri, Beynəlxalq Hüquqşünaslar İttifaqının Koordinasiya Şurasının Azərbaycandan olan üzvü (təşkilat SSRİ Hüquqşünaslar İttifaqının hüquqi davamçısıdır).2001-cu ilin martına – Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini (sədr - Andrey Trebkov).Ümumrusiya Azərbaycan Konqressinin (ÜAK) 5 mart 2001-ci il tarixli təsisat qurultayında ÜAK-ın Mərkəzi Şurasının üzvü (ÜAK-ın prezidenti – Məmməd Əliyev, birinci vitse-prezident - Vaqif Ələkbərov; vitse-prezidentlər – Araz Ağalarov, Telman İsmayılov, Fərhad Əhmədov, Mixail Qusman, Rüstəm İbrahimbəyov).

16 noyabr 2001-ci ildə “Flora Moskva” bankının müşahidə şurasının üzvü seçilib (Şuranın sədri Viktor Xmarin - Putin və Rəhimovun qrup yoldaşı, Lyudmila Xmarinanın - Putinin keçmiş nişanlısının qardaşı; idarə heyətinin sədri – Sergey Çiqarev)2001-ci ildə “Flora-Moskva” bankı SevZapProm idarəetmə şirkəti (M.Şlosberq, Aleksandr Utevski - Sankt-Peterburq meriyasının Şəhər Əmlakının İdarə edilməsi Üzrə Komitəsinin sabiq sədri) yaratdı.14 iyun 2002-ci ildə “Moskva-Flora” bankının yeni seçilən direktorlar şurasına daxil olmadı (2004-cü ildən “Flora-Moskva” bankının idarə heyətinin sədri Bulatnikov Valeri Vladimiroviçdir; şuraya “Rial” MMC-nin prezidenti Mixail Otdelnov, onun qardaşı Boris Otdelnov, həmçinin Filipp Otdelnov daxildir; 2002-2003-cü illərdə Aleksandr Şmarqunenkom - “Metallurq ASC-nin yaradıcısı da daxil idi).2001-ci ildə Azərbaycanın “Ədalət” partiyasının sədr müavini (Partiyanın sədri İlyas İsmayılov, Sovet vaxtı respublika prokuroru olub; Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk vaxtlarda bir neçə il ədliyyə naziri olub; partiyaya əsasən Azərbaycanın sərhədyanı rayonlarının və milli azlıqların nümayəndələri daxildirlər).2001-ci ilin payızında Azərbaycan parlamentinə əlavə seçkilərdə 87-ci Tovuz rayon seçki dairəsində “Ədalət” partiyası adından namizədlik verib.

16 noyabr seçkilərində rəsmi məlumatlara görə 23,97% səs toplayaraq (ikinci yer), seçkiləri keçmiş prokuror İlqar Qılıcova uduzub (72,53). Noyabrın 20-də Ədalət partiyası bəyanatla çıxış edərək, Tovuz şəhər seçki məntəqəsində seçkilərin saxtalaşdırıldığını bildirib.2002-ci ilin avqustunda Moskvada “Rissko” MMC-ni qeydiyyatdan keçirib (qeydiyyat məlumatlarına əsasən, fəaliyyət sahəsi “Süd emalı və pendir istehsalı; Dondurma istehsalı; Tərkibində qrafit və başqa qrupa daxil edilməyən digər faydalı qazıntılar olan dağ süxurlarının çıxarılması və zənginləşdirilməsi; kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə konsultasiya; Mebel istehsalı; toxunma materiallardan geyim və geyim aksesuarlarının istehsalı”).

2003-cü ilin noyabrından “Treyd İnvestments” ASC-nin (baş direktor – Karpov Valeri Valeryeviç) təsisçisi (Moskvanın “Safra instruments” MMC, həmçinin Belizdə qeydiyyatdan keçmiş “EPLTON TREYDİNQ LTD” ofşor şirkətlə birgə).2004-cü ilin avqustunda Moskva vilayətinin Ximki şəhərində “QRANDTİTUL” MMC təsis edib və qeydiyyatdan keçirib ( Azərbaycanın Quba rayonunda “Krasnaya sloboda” tat qəsəbəsindən olan Avşalumov Zorik Belyaminoviçlə birgə).

Həmçinin, “Panorama” MMC-nin həmtəsisçisidir – Tortol şəhərində (Britaniya Virgin adaları) Bermudun “İSLİNQTON KORPOREYŞN” ofşor şirkəti ilə birgə; baş direktor – Qelfan Qriqori Anatolyeviç.M.Rəhimovun şəxsi ofisi - Azərbaycanda “Krasnaya sloboda” tat qəsəbəsindən olan moskvalı biznesmen Zaxar İliyevə məxsus “Venesiya” restoranının binasında.2006-cı ilin sonunda İ.Rəhimovun adı Komi Respublikasının mətbuatında xatırlanırdı (İnra və Sıtıvkara qəzetlərində) - “İntinskaya uqolnaya kompaniya” ASC-nin bir qrup Moskva biznesmen-hüquqşünasları tərəfindən düşməncəsinə alınması ilə əlaqədar olaraq; biznesmenlərin adından Azərbaycandan olan Şuqubov Ruslan çıxış edirdi və özünü İ.Rəhimovun dostu adlandırırdı.Professor, RF ictimai asayiş, təhlükəsizlik və qanunçuluq Akademiki.

Sankt-Peterburqda İ.M.Rəhimovun redaksiyası altında “Uqolovniy Kodeks Azebaydjanskoq Respubliki” kitabı dərc olunub (Azərbaycan dilindən B.E.Abbasov tərcümə edib).

 

Mənbələr:

“Prosopoqraf  - şəxsiyyətlərin təsvirçisi” məlumatlar bazası
“Labirint” məlumatlar bazası.


Kategoriya : Məhkəmələr ,
Reytinq : 0
Baxis : 230
Rating and Review
Powered by Sigsiu.NET

Hazırda saytda 2600 adam haqqında məlumat var

 

DJ Fateh

 

Mirzə Babayev

DJ Fateh
 

 

Məmmədəli Nazim oğlu Məmmədov (DJ Fateh) 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə paytaxtın 42 saylı orta məktəbinə gedib. 2000-ci ildə məktəbi əla qiymətlərlə bitirən M.Məmmədov, Azərbaycan Dövlət Neft Akademiyasına yüksək nəticə ilə daxil olub.

Mirzə Babayev

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü ilin iyulun 16-da Maştağada anadan olmuşdur. O, 1935-1940-cı illərdə Bakı Sənaye İnistitunun memarlıq şöbəsində təhsil almışdır.Musiqiyə olan böyük marağıonu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxartmışdır.

 

Qoşqar Səlimli

 

Nodar Şaşıqoğlu

Qoşqar Səlimli
 

Qoşqar Səlimli - İlahiyyat elmləri namizədi, BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi1975-ci ilmayın 18-də Balakən şəhərində anadan olmuşdur.1982-1992-ci illərdə orta məktəbdə təhsil almışdır.1992-1997-ci illərdəBDU-nun İlahiyyat fakültəsində təhsil almışdır.

Nodar Şaşıqoğlu
 
Nodar Şaşıqoğlu 12 aprel 2013-cü ildə uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdi. 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. "Nikbin faciə" tamaşasında Aleksey (V.Vişnevski), "Sevilya ulduzu"nda Sanço Ortis (Lope de Veqa), "Mariya 
 

Sina Bərköz

 

Əbdürrəhman Düdənginski

Kökcə Azərbaycana bağlı dünya şöhrətli memar Prof. Dr. Sina Bərköz, Şəkidə doğulmuş, 1905-də ailəsiylə birgə Türkiyəyə mühacirət etmiş və sonralar Türkiyə Jandarmasının Baş Komutanı olmuş general-polkovnik Mehmet Nuri Bərköz’ün (1889-1975) oğlu, T.C. Üçüncü Ordusunun komandanı... Əbdürrəhman Əli oğlu Fətəlibəyli (Abo Düdənginski) 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. Tiflisdəki hərbi- piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib.
 

Telman İsmayılov

 

Əzim Əzimzadə

Telman İsmayılov
 

 

İsmayılov Telman Mərdan oğlu 1956-cı il oktyabrın 26-da Göyçay rayonunda anadan olub. Milliyyətcə yəhudidir. 1989-cu ildən AST (Alik (Ələkbər), Sərxan və Telman) şirkətlər qrupunun prezidentidir. Moskvadakı Çerkizovo, Varşavski bazarlarının,

 

Əzim Aslan oğlu Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Azərbaycanın xalq rəssamı olan Əzim Əzimzadə xüsusi rəssamlıq təhsili almamışdır.
 

Elşən Mustafaoğlu

 

Murad Şirəliev

Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub.

İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.

Şirəliyev Murad Oqtay oğlu İdarə Heyəti sədrinin müavini, Səhiyyə Naziri Oqtay Şirəliyevin oğlu1978-ci il 2 mart tarixində Bakı şəhərində anadan olmuşdur.1994-1998-ci illər ərzində Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil almış, 2000-ci ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin.....
 

Vahid Ələkbərov

 

Sevda Güləhmədova

Vahid Yusif oğlu Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda neftçi ailəsində doğulub. Əslən Cənubi Azərbaycandan olan atası Yusif Kərbəla, oğlunu 3 yaşında itirib.
V.Ələkbərov əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda....
Sevda Güləhmədova
 
Sevda Güləhmədova 21 sentyabr 1979-cu ildə Bakıda anadan olub.
2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu fakultəsini bitirib. Aparıcılıq fəaliyyətinə 2001-ci ilin may ayında ANTENN FM Radiosunda başlayıb. 22 aprel 2002-ci ildən ANS ÇM Radiosunda DJ işləyib. 
   

 

Joomla Templates and Joomla Extensions by ZooTemplate.Com

Şəkildəki adam kimdir?
 
Bəner
 

Keçidlər

  • Türkiyə

Bioqrafiya bankası - www.biyografi.net

  • Azərbaycan

Mədəniyyət portalı - www.kult.az
İnternet TV  - www.onlinetv.az
Tələbə portalı - www.telebe.az

Abunə ol

Bioqrafiyalara abunə ol
Seçin..
Adınız
Mail{emailcloak=off}